Uncategorized @az

Green Wood : əsl keyfiyyətli mebel!

Hər kəs öz evini və ya ofisini rahat və komfortlu etməyə, bütün gün vaxtını keçirmək istəyəcəyi bir yerə çevirməyə çalışır və bu prosesdə əsas rol keyfiyyətli və rahat mebelə məxsusdur.

Green Wood adı zamana uyğun səslənir və kompaniyamızın əsas prinsiplərini əks etdirir – ekoloji cəhətdən təmiz, keyfiyyətli mebel istehsal və təchiz etmək.

Green Wood -u ziyarət edən və ən yaxşısını almağa öyrəşmiş müştərilər mağazamızda istənilən zövqə uyğun mebel kolleksiyasını tapa biləcəklər.

MEBEL DİZAYN kompaniyası ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycanda mebel bazarının yarandığı, yeni material və komplektlərin istifadəsinə, istehsalın müasir avadanlıqlarla təchiz olunmasına, müştərilərin dizayn və ölçülərdə təkliflərinin nəzərə alınmasına başlandığı vaxtda yaranmışdır.

Hazırda Mebel Dizayn kompaniyası ev, ofis, kafe, restoran və mehmanxanalar üçün keyfiyyətli müasir yumşaq mebel, kabinet mebelləri – mətbəx, dolab, stol və stulların istehsalı, aksesuar və komplektlərin satışı ilə məhşurdur. Əldə olunan uğurlar işini sevən, sərgilərdə biliklərini artıran, çoxillik təcrübələrindən istifadə edən və gənc işçiləri hazırlayan peşəkar ixtisaslı işçilərin əməyinin nəticəsidir.

İstənilən salonumuza gəldikdə sizi burada hər kəsin – həm klassika, həm də modern sevərlərin bəyənəcəyi keyfiyyətli mebel gözləyir.